Şamaxı və Qobustanın din xadimlərinin iştirakı ilə maarifləndirmə tədbiri keçirilib
İyulun 29-da Şamaxı şəhəri “Cümə” məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dağlıq Şirvan regional bölməsi, Şamaxı Rayon İcra Hakimiyyətinin (RİH) və Qobustan RHİ-nin birgə təşkilatçılığı ilə “Dini müxtəliflik və suverenlik: tolerantlığın hüquqi və sosial əhəmiyyəti” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Dağlıq Şirvan regional bölməsinin əməkdaşları Cavid Əhmədov və Nahid Babaşov, Şamaxı RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rəşad Əliyev, Qobustan RİH-nin əməkdaşı Amil Vəzirli, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Mərəhmət Mustafayev, QMİ-nin Şamaxı rayonu üzrə səlahiyyətli nümayəndəsi Elşən Rüstəmov və din xadimləri iştirak ediblər.
Çıxışlar zamanı Azərbaycanda mövcud olan tolerant mühitdən, multikulturalizm siyasəti və bu sahədə əldə edilən nailiyyətlərdən danışılıb. Eyni zamanda ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanılması vurğulanıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
