Salyanda maarifləndirmə tədbiri keçirilib
Martın 12-də Salyan Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölgəsi və Şirvan-Salyan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Sülh və təhsil: cəmiyyətin formalaşdıran dəyərlər” mövzusunda Elxan Ağayev adına Arbatan kənd tam orta məktəbində maarifləndirici tədbir keçirilib.
Tədbirdə İcra Hakimiyyətinin nümayəndəsi Sevinc Səmədova, Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinin məsləhətçisi Ülvi Zeynallı, müəllimlər və məktəblilər iştirak ediblər.
Çıxışlarda maarifləndirmə tədbirlərinin vacibliyindən bəhs olunub. Bu cür tədbirlərin təhsil müəssisələrində keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.
Sonda iştirakçıların sualları cavablandırılıb.

