Salyanda maarifləndirmə tədbiri keçirilib
Sentyabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsi və Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Prezident İlham Əliyev tərəfindən ölkəmizdə elan olunan “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Ətraf mühitin qorunmasında və ekoloji problemlərin həllində məktəblilərin rolu” mövzusunda Salyan şəhəri Aşıq Pənah adına 1 saylı humanitar fənlər təmayüllü məktəb-liseyində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinin məsləhətçisi Ülvi Zeynallı, Aşıq Pənah adına 1 saylı humanitar fənlər təmayüllü məktəb-liseyin direktoru Sahib Nağıyev, pedaqoji kollektiv və şagirdlər iştirak ediblər.
Çıxışlar zamanı mövzunun əhəmiyyətindən, "Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görülən işlərdən bəhs olunub. Eyni zamanda ekoloji təhlükəsizliyin təmin edilməsi, bu sahədə dövlətin və cəmiyyətin rolundan danışılıb.
Sonda tədbir iştirakçılarının fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.


