Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
17.05.2024 / Bölgə xəbərləri

Sabunçu və Qobustan rayonlarında dini radikalizmlə mübarizə mövzusu müzakirə olunub

Mayın 16-da Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Sabunçu Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Neft-Energetika Kollecinin birgə təşkilatçılığı ilə  “Dini fanatizmin, radikalizmin və ekstremizimin mayhiyyəti və fəsadları” mövzusunda tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin aparıcı məsləhətçisi Rəşadət Hidayətov, kolleçin müəllim və tələbə kollektivi iştirak edib.

***

Mayın 16-da Qobustan rayonunda "Dini radikalizmlə mübarizə" mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK nın Şamaxı bölgəsi üzrə​ şöbəsinin əməkdaşı Nahid Babaşov, müvafiq qurumların əməkdaşları, müəllimlər və şagirdlər iştirak ediblər.

 

Çıxışlarda dini fanatizm, radikalizm və ekstremizmin yaratdığı fəsadlar və  onların təhlükəsi haqqında ətraflı məlumat verilib.  Diqqətə çatdırılıb ki, dini radikalizm və xurafat cəmiyyətin inkişafına mane olur və onların da qarşısının alınması maarifləndirmədən, islamı düzgün formada, olduğu kimi cəmiyyətə çatdırmaqdan asılıdır. Eyni zamanda ölkəmizdə dini radikalizmə qarşı həyata keçirilən mübarizə tədbirlərindən də bəhs olunub.