Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
24.04.2024 / Bölgə xəbərləri

Sabunçu rayonunda “Heydər Əliyev və milli dəyərlərimizə qaydış” mövzusunda tədbir keçirilib

Aprelin 24-də Azərbaycan Respubliksı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə  “Heydər Əliyev və milli dəyərlərimizə qaydış” mövzusunda tədbir keçirilib.

Tədbirdə İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin aparıcı məsləhətçisi Rəşadət Hidayətov, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər. 

Çıxışlarda Ümummilli Liderimiz Heydər Əliyev və Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, milli mədəniyyətimizin inkişafı, adət-ənənələrimizin zənginləşdirilməsi istiqamətində gördüyü işlərdən bəhs olunub. O da qeyd edilib ki, Ulu Öndər xalqımızın tarixinə təkcə böyük dövlət, ictimai-siyasi xadim kimi deyil, həm də mənsub olduğu xalqın milli-mənəvi dəyərlərinin keşiyində duran, bu dəyərlərin daha da inkişaf etdirilməsinə çalışan, bütün işıqlı həyatı boyu bu sahəyə diqqət yetirən dahi şəxsiyyət kimi daxil olub.

Tədbir müzakirələrlə davam edib.