Şabranda “Yeniyetmə və gənclərin pis vərdişlərdən qorunmasında mənəvi və dini dəyərlərin rolu” mövzusunda seminar keçirilib
Aprelin 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə Şabran rayonu Pərviz İdrisov adına Ağbaş kənd tam orta məktəbində “Yeniyetmə və gənclərin pis vərdişlərdən qorunmasında mənəvi və dini dəyərlərin rolu” mövzusunda seminar keçirilib.
Seminarda DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Tağıyev, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Süleyman Əliməmmədov, həmin sektorun əməkdaşı Vüsal Alışov, məktəbin direktoru Rəşad Cəlilov, şagirdlər iştirak ediblər.
Çıxışlarda pis vərdişlərə qarşı effektiv mübarizənin ilkin yolu kimi düzgün maariflənmə, gənc nəslin sağlamlıq və idman, elm və biliklə məşğul olaraq daha savadlı olmalarının əhəmiyyəti vurğulanıb.
Seminar müzakirələrlə davam etdirilib, iştirakçıların sualları aidiyyəti üzrə cavablandırılıb.