Şabranda “Mənəvi dəyərlərimiz: sülh və humanizmə baxış” mövzusunda tədbir keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba-Xaçmaz regional bölməsi və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şabran rayonunun Rəhimli kəndində "Sülh Aylığı" çərçivəsində “Mənəvi dəyərlərimiz: sülh və humanizmə baxış” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba-Xaçmaz regional bölməsinin, Şabran Rayon İcra Hakimiyyətinin əməkdaşları, eləcə də ictmaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə əvvəlcə mövzunun əhəmiyyətindən bəhs edilib. Qeyd edilib ki, sülh hər bir millətin, eləcə də cəmiyyətin, bütövlükdə isə bütün bəşəriyyətin arzuladığı böyük bir dəyərdir. Ümumiyyətlə tarix boyu bütün bəşəriyyəti düşündürən ən əsas məsələlərdən bir də sülhün qorunması, insanların əmin-amanlıqla yaşaması, amansız müharibələrin və zorakılığın qarşısının alınmasıdır. Dünya xalqları arasında öz qədim milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə dünya mədəni irsində özünəməxsus yer tutur. Uzun illər aparılan araşdırmalar, qədim köklərə malik Azərbaycanın bir çox adətini əsrlər boyu qoruyub saxladığını üzə çıxarır.
Tədbir müzakirələrlə davam etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
