Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
09.09.2025 / Bölgə xəbərləri

Şabranda "Ədalət və sülhün qorunmasında dinin önəmi" mövzusu müzakirə olunub

Sentyabrın 9-da Şabran rayon Heydər Əliyev Mərkəzində “Sülh aylığı” çərçivəsində “Ədalət və sülhün qorunmasında dinin önəmi” mövzusunda tədbir təşkil olunub.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba-Xaçmaz regional bölməsi və Şabran Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə DQİDK-nın Quba-Xaçmaz regional bölməsinin məsləhətçisi Elxan Əsgərov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vasif Əhmədov, Qafqaz Müsəlmanları İdarəsinin qazısı Cavaşir Əfəndiyev, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edənlər dinin cəmiyyətdə ədalətin və sülhün bərqərar olmasında oynadığı mühüm roldan danışıblar, eləcə də dini dəyərlərin qorunması və gənc nəslə aşılanmasının vacibliyini vurğulayıblar. Bildirilib ki, dini dəyərlər insanları mənəvi baxımdan tərbiyə etməklə yanaşı, eyni zamanda, cəmiyyətin bütövlüyünün və sabitliyinin təmin olunmasına töhfə verir. Qeyd edilib ki, dini dözümlülük, mərhəmət, ədalət və həmrəylik prinsiplərinin gündəlik həyat tərzinə çevrilməsi sağlam və rifahlı cəmiyyətin əsasını təşkil edir.