Şabran rayonunda “Dinlər sülhə və qarşılıqlı anlayışa çağırır” mövzusunda maarifləndirici tədbir keçirilib
Avqustun 12-də Şabran rayon Heydər Əliyev Mərkəzində “Dinlər sülhə və qarşılıqlı anlayışa çağırır” mövzusunda maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda bildirilib ki, müxtəlif dinlər və məzhəblər arasında qarşılıqlı anlaşmanın və mədəni dialoqun təşviqi, eləcə də cəmiyyətdə dini dözümlülüyün möhkəmləndirilməsi bu gün xüsusilə aktual kəsb edən məsələlərdəndir. Qeyd edilib ki, Azərbaycan dünyada nadir multikultural və tolerant dövlətlərdən biri kimi tanınır. Burada əsrlər boyu fərqli dini konfessiyaların nümayəndələri qarşılıqlı hörmət, dinc birgəyaşayış və sülh şəraitində yaşamış, bu isə ölkəmizin zəngin mənəvi irsinin və dövlətin məqsədyönlü siyasətinin bariz nəticəsidir.