Sabirabadda Müstəqilliyin Bərpası Günü münasibətilə dəyirmi masa təşkil edilib
Oktyabrın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi və Sabirabad Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə 18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə dəyirmi masa təşkil edilib.
Keçirilən tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Cəfərsadiq Cəfərli, Sabirabad RİH başçısının birinci müavini Həsən Həsənov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ceyran Xəlilova, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Əliabbas Həsənov, Sabirabad regional Mədəniyyət İdarəsinin rəis müavini Telman Əzimov, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Çıxışlar zamanı 1991-ci il oktyabrın 18-də tarixi sənəd olan Dövlət Müstəqilliyi haqqında “Konstitusiya Aktı”nın qəbul edilməsi ilə Azərbaycanın tarixin yeni mərhələsinə qədəm qoymasından bəhs edilib. Həmçinin Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı düşməndən azad etməsi, hazırda üçrəngli bayrağımızın Şuşada, Ağdamda və digər azad edilmiş ərazilərdə dalğalanmasından söhbət açılıb.


