Sabirabadda “Milli dövlətçiliyin möhkəmlənməsi: azərbaycançılıq ideologiyası və mənəvi dəyərlərimiz” mövsuzunda tədbir keçirilib
Sentyabrın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, Sabirabad rayon İcra Hakimiyyəti və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Sabirabad rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Milli dövlətçiliyin möhkəmlənməsi: azərbaycançılıq ideologiyası və mənəvi dəyərlərimiz” mövsuzunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Cəfərsadiq Cəfərli, Sabirabad RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Əliabbas Həsənov, QMİ-nin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Çıxışlarda mövzunun əhəmiyyətindən bəhs olunub, milli-mənəvi dəyərlərimizin qorunması və inkişafında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əvəzsiz xidmətləri vurğulanıb. Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlərimizin bizim bir xalq olaraq formalaşmağımıza böyük təsir göstərdiyi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində xüsusi rol oynadığı diqqətə çatdırılıb. Ölkəmizdə yaşayan müxtəlif millətlərin, dinlərin və məzhəblərin nümayəndələri arasında tarixən həmrəylik, sülh və vəhdətin hökm sürdüyü, xalqımızın zəngin milli-mənəvi dəyərlər sistemində humanizm və sülhsevərliyin əsas yer tutduğu qeyd edilib. Daha sonra milli-mənəvi irsimizin qorunması, təbliği, tədqiqi və onun gələcək nəsillərə ötürülməsi istiqamətində görülən ardıcıl tədbirlərdən danışılıb.
Sonda tədbir iştirakçılarının təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
