Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
10.04.2025 / Bölgə xəbərləri

Sabirabadda maarifləndirmə tədbiri keçirilib

Aprelin 10-da Sabirabad şəhəri M. Müşfiq adına 4 nömrəli tam orta məktəbində “Radikal dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mil-Muğan regional bölməsinin aparıcı məsləhətçisi Cəfərsadiq Cəfərli, QMİ-nin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, Rayon İcra Hakimiyyətinin əməkdaşı Nazim Sultanov, müəllimlər və şagirdlər iştirak ediblər.

Çıxışlarda dini radikalizm, ekstremizm və onların mahiyyəti, gənclərə psixoloji təsir üsulları barədə məlumat verilib. Yeniyetmə və gənclərin radikal dini təsirlərdən qorunması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərdən bəhs edilib. Natiqlər xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin gənclər arasında fəal təbliğ edilməsinin vacibliyini diqqətə çatdırıblar. Dini radikalizm və ekstremizmin vətəndaş cəmiyyəti, hüquqi və demokratik dövlət üçün təhlükə mənbəyi olduğu vurğulanıb.

Sonda din xadimlərini maraqlandıran suallar cavablandırılıb.