Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
10.02.2023 / Bölgə xəbərləri

Sabirabadda “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi” mövzusunda tədbir keçirilib

Fevralın 10-da  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, Sabirabad Rayon İcra Hakimiyyəti (RİH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Sabirabad rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi” mövzusunda tədbir keçirilib.  
Keçirilən  tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Cəfərsadiq Cəfərli, QMİ-nin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, Sabirabad  RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Əliabbas Həsənov, din xadimləri və  dini icma sədrləri iştirak ediblər. 
Çıxışlar zamanı ölkəmizdə dini sahəyə göstərilən diqqət və qayğıdan, dinin siyasiləşdirilməsinin törətdiyi fəsadlardan bəhs olunub. Bildirilib ki, bütün dinlərdə saflıq və təmizlik, sülh, əmin-amanlıq və həmrəyliyə çağırışlar var. Azərbaycan üçün dinin siyasiləşdirilməsi təhlükəsi o qədər aktual olmasa da ölkəmizin müstəqil siyasətinə təsir etmək istəyən, onun uğurlarını həzm etməyən kənar dairələr məhz bu vasitədən istifadə etməyə çalışırlar. Həmçinin tədbirdə İranın ölkəmizə qarşı həyata keçirdiyi təxribatlar, o cümlədən Tehrandakı səfirliyimizdə baş verən terror aktı qınanılıb. Bu cür hərəkətlərin İslam həmrəyliyinə zidd olduğu diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçılarının təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.