Sabirabad və Saatlıda maarifləndirmə tədbirləri keçirilib
Fevralın 13-də Sabirabad və Saatlı rayonlarında “Erkən nikahın və qohum evliliyinin ana və uşaq sağlamlığına mənfi təsirləri” mövzusunda tədbirlər keçirilib.
Tədbirlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Cəfərsadiq Cəfərli, Elvin İbrahimov, rayon icra hakimiyyətlərinin, müvafiq qurumların məsul işçiləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd olunub ki, ölkəmizdə əhalinin, xüsusilə də yeniyetmə və gənclərin erkən nikahın, qohum evliliyinin mənfi təsirlərinə dair məlumatlılıq səviyyəsinin artırılmasına xüsusi önəm verilir, bu istiqamətdə silsilə tədbirlər keçirilir. Diqqətə çatdırılıb ki, qızların erkən yaşda evlənməsi onların təhsildən yayınmasına şərait yaradır, uşaqların həyat və sağlamlığını təhlükə qarşısında qoyur.
