Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
05.05.2025 / Bölgə xəbərləri

Saatlıda “Uşaqların gender bərabərliyi və qarşılıqlı hörmət" mövzusunda tədbir təşkil olunub

Mayın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mil-Muğan regional bölməsi, Mil-Muğan regional Gənclər və İdman idarəsinin Saatlı rayonu üzrə gənclər və idman sektoru, Mil-Muğan regional Təhsil İdarəsinin Saatlı rayonu üzrə sektorunun birgə təşkilatıçılığı ilə Saatlı rayon Orta Muğan kənd tam orta məktəbində “Uşaqların gender bərabərliyi və qarşılıqlı hörmət" mövzusunda maarifləndirici tədbir keçirilib. 
Tədbirdə DQİDK-nın Mil-Muğan regional bölməsinin əməkdaşı Elvin İbrahimov, Mil-Muğan regional Gənclər və İdman İdarəsinin Saatlı rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Əmrah Əhmədov, Saatlı rayonu Orta Muğan kənd məscidi dini icmasının sədri və imamı İsmayıl Calalov, Orta Muğan kənd tam orta məktəbin direktoru Leyla Rəcəbova, müəllim və şagirdlər iştirak ediblər.    
Çıxışlarda bildirilib ki, ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır. Ailə institutu tarixən xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi mühüm rol oynayıb. Qeyd olunub ki, erkən yaşda evlilik sonradan yeniyetmələrin həyatında bir sıra böyük fəsadlar yaradır. Bu fəsadlar məişət zorakılığından tutmuş, doğuş zamanı ana-uşaq ölümləri və fiziki-psixoloji çətinliklər kimi bir çox problemlərə yol açır. 
Sonda tədbir iştirakçılarının təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.