Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
27.08.2026 / Bölgə xəbərləri

Saatlıda “Sülh aylığı” çərçivəsində tədbir baş tutub

Avqustun 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mil-Muğan regional bölməsi, Mil-Muğan Regional Gənclər və İdman İdarəsi və Saatlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə “Sülh aylığı” çərçivəsində “Mənəvi dəyərlər kontekstində sülh mədəniyyəti” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın regional bölməsinin əməkdaşı Elvin İbrahimov, Regional Gənclər və İdman İdarəsinin əməkdaşı Sahil Həsənli, rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru İbrahim Xıdırov, mədəniyyət işçiləri və gənclər iştirak ediblər.
Çıxışlarda mövzunun əhəmiyyətindən bəhs olunub. Qeyd edilib ki, sülh hər bir millət, cəmiyyət və bütövlükdə bəşəriyyət üçün ən böyük dəyərlərdən biridir. Bildirilib ki, milli-mənəvi dəyərləri ilə seçilən Azərbaycan xalqı əsrlər boyu yaşatdığı və təbliğ etdiyi bəşəri ideyalar, adət-ənənələr və milli xüsusiyyətləri ilə dünya mədəni irsində özünəməxsus yer tutur.