Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
20.02.2024 / Bölgə xəbərləri

Saatlıda maarifləndirmə tədbiri keçirilib

Fevralın 20-də “Korrupsiyaya qarşı mübarizə hər birimizin vətəndaşlıq borcudur” mövzusunda  maarifləndirmə tədbiri keçirilib. 

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Sürayyə Zeynalova,  ictimaiyyət nümayəndələri və gənclər  iştirak ediblər.        

Çıxışlar zamanı korrupsiyaya qarşı mübarizənin mütəşəkkil və ardıcıl aparılmasının ölkə Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzində olduğu diqqətə çatdırılıb. Bu istiqamətdə milli strategiya və fəaliyyət planlarının qəbul edildiyi vurğulanıb.

Tədbir müzakirələrlə davam edib.