Saatlıda maarifləndirmə tədbiri keçirilib
Sentyabrın 24-də 27 Sentyabr – Anım Günü münasibətilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mil-Muğan regional bölməsi, Regional Gənclər və İdman İdarəsi, Regional Təhsil İdarəsi və Saatlı “Gənclər evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə M. Əliyev adına Əlisoltanlı kənd tam orta məktəbində “Şəhidlik: Vətənə sevgi və sədaqət zirvəsi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Mil-Muğan regional bölməsinin əməkdaşı Elvin İbrahimov, təşkilatçı qurumların nümaynədələri, müəllimlər və şagirdləri ştirak ediblər.
Çıxış edənlər şəhidlik məqamının Azərbaycan xalqının tarixində və mənəvi dünyasında tutduğu ali mövqedən bəhs ediblər. Bildirilib ki, şəhidlərimizin göstərdiyi qəhrəmanlıq nümunələri gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır. Bu cür tədbirlərin keçirilməsi milli yaddaşın yaşadılması, dövlətə və torpağa bağlılıq hisslərinin gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.


