Saatlıda maarifləndirmə tədbiri keçirilib
Fevralın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mil-Muğan regional bölməsi və Mil-Muğan regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Saatlı rayonunun A.Çaxoyev adına Fətəlikənd kənd tam orta məktəbində “Erkən nikah:hüquqi və mənəvi müstəvidə” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Mil-Muğan regional bölməsinin əməkdaşı Elvin İbrahimov, din xadimləri, müəllim və şagirdlər iştirak ediblər.
Çıxışlarda erkən nikahın cəmiyyətimizdə yaratdığı mənəvi, sosial və hüquqi zərərlər haqqında danışılıb. Erkən nikah halları insan hüquqlarının pozulması kontekstində izah edilərək bu baxımdan gənclərin elm və təhsilə yiyələnmələrinin əhəmiyyəti vurğulanıb.
Sonda iştirakçıların sualları cavablandırılıb.