Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
24.01.2025 / Bölgə xəbərləri

Saatlıda maarifləndirmə tədbiri keçirilib

Yanvarın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mil-Muğan regional bölməsi və Mil-Muğan regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Saatlı rayonu R. Səfərov adına Qara Nuru kənd tam orta məktəbdində "Dini radikalizmlə mübarizə" mövzusunda maaarifləndirci tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Mil-Muğan regional bölməsinin əməkdaşı Elvin İbrahimov, dini icma sədrləri,  müəllim və şagirdlər iştirak ediblər.

Natiqlər bu cür tədbirlərin əhəmiyyətini yüksək qiymətləndiriblər. Çıxışlarda ölkəmizdə mövcud olan dövlət-din münasibətlərindən, o cümlədən dini radikalizm və dini ekstremizmin törətdiyi fəsadlardan bəhs edilib. Müasir dövrdə dünyanın bir çox dövlətlərinin dini ekstremizm və terrordan ciddi əziyyət çəkdiyi  vurğulanıb.

Tədbir müzakirələrlə davam etdirilib.