Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
03.10.2022 / Bölgə xəbərləri

Saatlıda “Dini radikalizm və ekstremizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib

Oktyabrın 3-də  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, Saatlı rayonu Gənclər Evi sosial xidmət müəssisəsi, Saatlı rayonu Peşə liseyi və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Dini radikalizm və ekstremizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib.  

Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Saatlı rayonu Gənclər Evi sosial xidmət müəssisəsinin nümayəndəsi Anar Səfərxanlı, rayon Gənclər və İdman İdarəsinin nümayəndəsi Əmrah Əhmədov, peşə liseyinin müəllim və şagirdləri iştirak ediblər. 

İştirakçılar Azərbaycanda tolerantlıq və multikulturalizm dəyərlərinə diqqətlə yanaşıldığını, eyni zamanda gənclərin radikalizm və ekstremizm kimi mənfi təsirlərdən qorunmasının vacib olduğunu diqqətə çatdıraraq,  bu sahədə maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.