Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
11.02.2026 / Bölgə xəbərləri

Saatlıda din xadimlərinin iştirakı ilə tədbiri keçirilib

Fevralın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mil-Muğan regional bölməsi və Saatlı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Ramazan – sülh və yardımlaşma ayıdır” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın regional bölməsinin müdiri Elvin Hüseynli, bölmənin əməkdaşları, İcra Hakimiyyətinin məsul əməkdaşı Aqşin Məmmədov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.

Çıxışlarda Ramazan ayının mənəvi-əxlaqi dəyərlərin möhkəmləndirilməsində, cəmiyyətdə birlik, həmrəylik, sülh və qarşılıqlı hörmətin təşviqində mühüm rol oynadığı vurğulanıb. Bildirilib ki, bu ay mərhəmət, şəfqət və yardımlaşma kimi ali keyfiyyətlərin təcəssümü olmaqla yanaşı, ehtiyacı olan insanlara dəstəyin artırılmasını təşviq edir.