Saatlıda “Beynəlxalq Tolerantlıq günü” mövzusunda tədbir keçirilib
Noyabrın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mil-Muğan regional bölməsi və Saatlı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Beynəlxalq Tolerantlıq günü” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Mil-Muğan regional bölməsinin əməkdaşları Elvin İbrahimov, Cəfərsadiq Cəfərli, Saatlı rayon İcra Hakimiyyətinin məsul əməkdaşı, din xadimləri, qadın dini ayinlərin icraçıları və dini icma sədrləri iştirak ediblər.
Çıxışlar zamanı mövzunun aktuallığından bəhs olunub. Qeyd edilib ki, 16 noyabr Beynəlxalq Tolerantlıq günüdür. Bu tarix 1995–ci ildən UNESCO səviyyəsində dünyanın bir çox ölkələrində Beynəlxalq Tolerantlıq günü kimi qeyd olunur. Əsrlər boyu Azərbaycanda müxtəlif xalqların nümayəndələri sülh, qarşılıqlı hörmət və etimad şəraitində yaşayıblar. Ölkəmiz müasir dünyada nümunəvi tolerantlıq məkanı olub və multikulturalizm mərkəzlərindən biri kimi şöhrət qazanıb.
Sonda tədbir iştirakçılarının təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.


