Respublikamızın regionlarında dini radikalizmə və zərərli vərdişlərə qarşı mübarizə tədbirləri müzakirə olunub
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) bölgə şöbələri və digər müvafiq qurumların birgə təşkilatçılığı ilə respublikamızın regionlarında dini radikalizmlə mübarizə mövzusu müzakirə olunub.
01.12.2023, Ucar rayonu: Küçəkənd kənd tam orta məktəbində "Gəncləri dini radikalizm və zərərli vərdişlərdən qoruyaq" mövzusu müzakirə olunub. Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Rayon İcra Hakimiyyəti (İH) başçısı Aparatının Hüquq şöbəsinin müdiri Xəyyam Səmədzadə, aidiyyəti qurumların nümayəndələri, müəllimlər və şagirdlər iştirak ediblər .
01.12.2023, Füzuli rayonu: Horadiz şəhəri “Əhli-Beyt” məscidində “Dini fanatizm, radikalizm, ekstremizmin mahiyyəti və təhlükələri” mövzusunda tədbir keçirilib. Tədbirə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı İsmət Rəhimov, “Əhli-Beyt” məscidinin imamı Nəriman Nəsirov, dini icma üzvləri və dindarlar qatılıblar.
01.12.2023, Ağcabədi rayonu: Daha bir tədbir isə C.Cəfərov adına Şərəfxanlı kənd tam orta məktəbində "Dini radikalizm və zərərli vərdişlərə qarşı mübarizə” mövzusunda baş tutub. Tədbir Rayon Polis Şöbəsinin rəis müavini Vüsal Mirzəzadə, DQİDK-nın bölgə şöbəsinin əməkdaşı Cavid Məlikzadə, Rayon İH-nin nümayəndəsi Səbuhi Möhsümov, müəllimlər və şagirdlərin iştirakı ilə keçirilib.
01.12.2023, Lənkəran rayonu: Aşağı Nüvədi qəsəbə tam orta məktəbində “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusunda keçirilən tədbirə isə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lənkəran rayonu üzrə sektorunun əməkdaşı Cəmil Axundzadə, müəllimlər və yuxarı sinif şagirdləri qatılıblar.
01.12.2023, Tovuz rayonu: DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdirin Pərvin Zeynalov, İH başçısının müavini Təranə Bayramova, ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Erkən nikah: hüquqi və mənəvi müstəvidə" mövzusunda tədbir keçirilib.
01.12.2023, Tərtər rayonu: "Gender əsaslı zorakılıqla mübarizə" mövsusunda tədbir keçirilib. Tədbirdə komitənin bölgə şöbəsinin əməkdaşı Pərviz Eyvazov, İH-nin əməkdaşları Rəqsanə Quliyeva, Pərişan Orucova, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
01.12.2023, Quba rayonu: “Ailə institutunun gücləndirilməsinə təhlükə: zərərli vərdişlər” mövzusu müzakirə olunub. Tədbirə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehman Məmmədov, Rayon İH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Aynur Yəhyayeva, eləcə də ictimaiyyət nümayəndələri qatılıblar.
Çıxışlarda dini radikalizm, ekstremizm və onların mahiyyəti barədə məlumat verilib. Yeniyetmə və gənclərin kənar təsirlərdən, yad dini ideologiyalardan və zərərli vərdişlərdən qorunması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edilib. Natiqlər xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin gənclər arasında fəal təbliğ edilməsinin vacibliyini diqqətə çatdırıblar. Eyni zamanda gənclərimizin zəngin milli-mənəvi dəyərlərimiz əsasında və vətənpərvərlik ruhunda formalaşmasının əhəmiyyətinə toxunulub. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.




