Respublikamızın rayonlarında maarifləndirmə tədbirləri keçirilib
Bölgələrdə maarifləndirmə tədbirləri keçirilib.
07.03.2024, Cəlilabad: rayonun Sərhədabad kənd tam orta məktəbində "Dini radikalizmə qarşı mübarizədə təhsilin rolu" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları Cavidan Rəşidov, Həsən Hümbətov, müəllimlər və şagirdlər iştirak ediblər.
07.03.2024, Kürdəmir: rayonun Mərkəzləşdirilmiş Kitabxana Sistemində "Tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmləndirilməsindəki rolu" mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Seyfəli Umarov, Rayon İcra Hakimiyyətinin əməkdaşı Daşqın Rüstəmov və kitabxana sisteminin əməkdaşları iştirak ediblər.
07.03.2024, Ucar: rayonun Bağban kənd tam orta məktəbində "Milli-mənəvi dəyərlərimizə bağlı gənclik" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov , müvafiq qurumların nümayəndələri, müəllim və şagirdlər iştirak ediblər.
07.03.2024, Qax: rayonun Almalı kənd tam orta məktəbində “Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsiri” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbənin əməkdaşı Tərlan Nəzərov, ictimaiyyət nümayəndələri, müəllimlər və şagirdlər iştirak ediblər
07.03.2024, Lənkəran: rayonun Göyşaban və Ürgə kənd tam orta məktəblərində “Yeniyetmə və gəncləri radikalizmdən qoruyaq!, “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzularında tədbirlər keçirilib. Tədbirdə DQİDK-nın bölgə şöbəsinin əməkdaşları Səyyad Babakişiyev, Vüqar Şahbazov, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
07.06.2024, Samux: rayonun Qiyaslı kənd məktəbində “Milli və mənəvi dəyərlərimiz” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın bölgə şöbəsinin əməkdaşı Rövşən Hacıyev, rayon Polis Şöbəsinin nümayəndəsi İlqar Verdiyev, valideynlər və məktəblilər iştirak ediblər.
Çıxışlarda mövzuların əhəmiyyətindən danışılıb. Bu sahədə maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.






