Respublikamızın bölgələrində maarifləndirmə tədbirləri davam etdirilir
Regionlarda maarifləndirmə istiqamətində tədbirlər davam etdirilir.
Mayın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Lerik Rayon İcra Hakimiyyəti, Rayon Polis Şöbəsi və Lerik rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə “Dini radikalizm, erkən nikah və narkomaniyanın fəsadları” mövzusunda tədbir keçirilib. Lerik şəhəri 2 nömrəli tam orta məktəbində baş tutan tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüqar Şahbazov, Rayon Polis Şöbəsinin rəis müavini Anar Şıxəliyev, müəllim və şagirdlər iştirak ediblər.
***
May ayının 6-da Hacıqabul rayonunda “Qızların təhsil almasının önəmi: dini qaynaqlar nə deyir?” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Məmmədov Sadiq, müəllim və şagirdlər iştirak ediblər.
***
Mayın 7-də Samux rayon Qarabağlar kənd tam orta məktəbində “Dini radikalizmə və zərərli vərdişlərə qarşı mübarizə üsulları” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın bölgə şöbəsinin əməkdaşı Rövşən Hacıyev, rayon Polis Şöbəsinin nümayəndəsi Arzu Məmmədov və məktəblilər iştirak ediblər.
***
Mayın 7-də Ucar rayonunda yerləşən Ağdam rayonu 27 nömrəli tam orta məktəbində "Gənclərdə vətənpərvərlik tərbiyəsinin yüksədilməsi" mövzusunda maarifləndirici tədbir keçirilib.Tədbirə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, gənclər, müəllim və şagirdlər qatılıblar.
***
Mayın 7-də Füzuli rayonunda “Radikal və ekstremist təmayüllü dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” mövzusunda tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siaysi və humanitar məsələlər şöbəsinin müdir müavini Ülkər Bayramlı, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı İsmət Rəhimov, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda dini radikalizmə və eyni zamanda zərərli vərdişlərə qarşı mübarizə istiqamətində həyata keçirilən işlərdən danışılıb. Həmçinin maarifləndirmənin, təhsilin önəmindən bəhs olunub.
Tədbirlər müzakirələrlə davam edib.



