Respublikamızın bölgələrində maarifləndirmə tədbirləri davam etdirilir
Aprelin 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi və Samux Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Samux şəhər 3 saylı tam orta məktəbində “Radikal dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın bölgə şöbəsinin əməkdaşı Rövşən Hacıyev, rayon Polis Şöbəsinin nümayəndəsi Arzu Məmmədov və məktəblilər iştirak ediblər.
***
Aprelin 30-da Zaqatala rayonunun Danaçı kənd 2 №-li tam orta məktəbində “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə təhdid kimi” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın bölgə şöbəsinin müdiri İlqar Vəliyev, müvafiq qurumların əməkdaşları, müəllimlər və şagirdlər iştirak ediblər.
***
Aprelin 30-da Şəmkir rayonunda “Qloballaşma dövründə gənclər arasında milli ailə dəyərlərinin əhəmiyyəti” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüqar Əliyev, müvafiq qurumların nümayəndələri, təhsil işçiləri və məktəblilər iştirak ediblər.
Çıxışlarda radikal dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları barədə ətraflı məlumat verilib. Ölkəmizdə dini radikalizmlə mübarizə istiqamətində görülən işlərdən danışılıb. Euni zamanda maarifləndirmə tədbirlərinin önəmindən danışılıb.