Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
14.12.2023 / Bölgə xəbərləri

Respublikamızın bölgələrində maarifləndirmə tədbirləri davam etdirilir

Respublikamızın bölgələrində maarifləndirmə tədbirləri davam etdirilir.

 

14.12.2023-cül il, Bərdə rayonu: Lənbəran kənd məscidində “Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsiri” mövzusunda tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Məhəmməd Rəşidov, din xadimləri və dini icma üzvləri iştirak ediblər.

 

14.12.2023, Qax rayonu:  Daha bir tədbir Qaxbaş kənd 2 saylı tam orta məktəbində “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusunda baş tutub. Tədbirə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, rayon Gənclər və İdman sektorunun müdiri Elvin Həsilov, müəllimlər və yuxarı sinif şagirdləri qatılıblar.

 

14.12.2023, Göyçay rayonu: "Məişət zorakılığının qarşısının alınması", "Erkən və yaxın qohumlar arası nikahın mənfi təsirləri" və "Gender bərabərliyinə maneə olan amillər" adlı mövzuların müzakirəsinə həsr edilmiş tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin müdiri İlham Qəribov, şöbənin əməkdaşları Əzim Rəfiyev, Rauf Nəsirov, rayon icra başçısının müavini Zivər Zeynalova, İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirinin müavini Vüsal Zöhrabov, dini icma sədrləri, din xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

14.12.2023, Gəncə şəhəri: şəhər Musiqi Kollecində "Məişət zorakılığının qarşısının alınması” mövzusu müzakirə olunub. Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Samirə Məmmədova, qadın dini ayinlərin icraçısı Nabat Xasməmmədli və kollecin tələbələri iştirak ediblər.

 

Mövzularla bağlı çıxışlar edilib. Ölkəmizdə mövcud olan dinlərarası və məzhəblərarası vəhdətdan danışılıb. Dini radikalizm və zərərli vərdişlərə qarşı həyata keçirilən mübarizə tədbirlərindən bəhs olunub. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.