Respublikamızda Xocalı faciəsinə həsr olunmuş tədbirlər keçirilib
Fevralın 23-də Şəki rayonunun Baş Zəyzid kənd tam orta məktəbində “Xocalı, sən qan yaddaşımızdasan!” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki-Zaqatala regional bölməsinin əməkdaşı Minarə Məmmədhüseynova, Şəki şəhər Gənclər və İdman sektorunun əməkdaşı Səbahət Bağırova, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
*** *** ***
Fevralın 24-də Masallı rayonu Rəhim Tağıyev adına Tarix-Diyarşünaslıq Muzeyində “Xocalı soyqırımı: bəşəriyyətə qarşı cinayət və ədalətin zəfəri” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Lənkəran-Astara regional bölməsinin müdir müavini vəzifəsini icra edən Pərvin İmanov, muzeyin direktoru Əntiqə Tağıyeva, rayon Gənclər və İdman sektorunun müdiri Sabiq Cahangirov, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
*** *** ***
Fevralın 24-də Kürdəmir rayonunda “Xocalı: tarix, yaddaş və məsuliyyət” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Mərkəzi Aran regional bölməsinin əməkdaşı Məhəmməd Rəşidov, rayon Gənclər və İdman sektorunun müdiri Qalib Baxşıyev və gənclər iştirak ediblər.
*** *** ***
Fevralın 24-də Balakən rayonu İmam Şamil adına Şambul kənd tam orta məktəbində “Xocalı faciəsi – unudulmaz soyqırımı!” mövzusunda tədbir keçirilib. Tədbirdə Komitənin Şəki-Zaqatala regional bölməsinin əməkdaşı Elməddin Atakişiyev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Fariz Nəcəfov, ictimaiyyət nümayəndələri, müəllimlər və şagirdlər iştirak ediblər.
*** *** ***
Fevralın 25-də İmişli rayonunda “Xocalı-bəşəriyyətə qarşı tarixi cinayətdir” mövzusunda tədbir keçirilib. Keçirilən tədbirdə DQİDK-nın Mil-Muğan regional bölməsinin müdiri Elvin Hüseynli, regional Gənclər və İdman İdarəsinin sektor müdiri Ceyhun Abdulov, rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Rüfət Muradov, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
*** *** ***
Fevralın 25-də Quba rayonunda “Xocalı: tarix, yaddaş və məsuliyyət” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin regional bölməsinin müdiri Elnur Ağasiyev, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Anar Məmmədov, həmçinin rayonun din xadimləri və dini icma sədrləri iştirak ediblər.
*** *** ***
Fevralın 25-də Gəncə şəhərində “Xocalı-qan yaddaşımız” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın regional bölməsinin müdiri Həsən Məmmədov, ‘‘ASAN xidmət mərkəzinin direktoru Fərid Yaqubov, Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov, dini konfessiyaların nümayəndələri və din xadimləri iştirak ediblər.
Çıxışlarda bildirilib ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı törədilib və bu faciə xalqımızın tarixinə qanla yazılıb. Qeyd olunub ki, erməni vandallarının Xocalı şəhərini hədəfə almaqda məqsədi Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət strateji əhəmiyyətli maneəni aradan qaldırmaq, həmçinin Xocalını yer üzündən birdəfəlik silmək idi. Vurğulanıb ki, artıq şəhidlərimizin, o cümlədən Xocalı faciəsi qurbanlarının qisası alınıb, işğal altında qalan müqəddəs torpaqlarımız dövlət başçısının uğurlu siyasəti və qətiyyətli mövqeyi nəticəsində düşmən tapdağından azad edilib.








