Respublikamızda maarifləndirmə tədbirləri keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) bölgə şöbələri müvafiq qurumlarla birgə müxtəlif mövzulara həsr edilmiş maarifləndirmə tədbirləri keçirib.
24.11.2023, Sumqayıt şəhəri: şəhər 39 saylı tam orta məktəbində “Dini radikalizm və narkomaniya ilə mübarizə” mövzusunda baş tutan tədbirdə Şəhər Polis İdarəsi, Abşeron-Xızı Regional Gənclər və İdman, Təhsil idarələrinin əməkdaşları, DQİDK-nın bölgə şöbəsinin əməkdaşı Xalid Paşayev, müəllimlər və şagirdlər iştirak ediblər.
24.11.2023, Oğuz rayonu: “Məişət zorakılığının qarşısının alınması” mövzusunda keçirilən tədbirə isə bölgə şöbəsinin məsləhətçisi Samir Salehov, ictimaiyyət nümayəndələri, gənclər və ziyalılar qatılıblar.
24.11.2023, Ucar rayonu: Lək kənd 2 saylı tam orta məktəbində DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Rayon İcra Hakimiyyəti (İH) başçısı Aparatının Hüquq şöbəsinin müdiri Xəyyam Səmədzadə, rayon Polis Şöbəsinin rəisi Valik Vəlimətov, müəllimlərin və şagirdlərin iştirakı ilə "Dini radikalizm, məişət zorakılığı və narkomaniya" mövzusunda maarifləndirmə tədbiri keçirilib.
24.11.2023, Göyçay rayonu: Ləkçıplaq kənd 2 saylı tam orta məktəbində "Dini radikalizm və zərərli vərdişlərə qarşı mübarizədə sosial fəallıq" mövzusunda baş tutan tədbirdə bölgə şöbəsinin əməkdaşı Əzim Rəfiyev, Rayon Polis Şöbəsinin rəisi Müqalib Abdıyev, aidiyyəti qurumlarların nümayəndələri, müəllimlər və şagirdlər iştirak ediblər.
24.11.2023, Ağsu rayonu: şəhər “Nuran Xatun” məscidində “Xalqımızın tolerantlıq ənənələrinin və multikulturalizm siyasətinin milli həmrəylimizin möhkəmlənməsindəki önəmi” mövzusu müzakirə olunub. Müzakirələrə bölgə şöbəsinin əməkdaşı Tural Vahidov, QMİ-nin Ağsu rayonu üzrə səlahiyyətli nümayəndəsi, şəhər “Nuran Xatun” məscidinin imamı Nurəddin İslamov, din xadimləri və icma sədrləri qatılıblar.
24.11.2023, Ağcabədi rayonu: Qaraxanlı kənd tam orta məktəbində isə “Antinarkotik təbliğat sahəsində fəaliyyətin gücləndirilməsi, dini radikalizm və ekstremizm, erkən nikah və onun fəsadları” mövzusu müzakirə edilib. Tədbirdə Ryon Polis Şöbəsinin rəis müavini Vüsal Mirzəzadə, Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Məlikzadə, ictimaiyyət nümayəndələri, müəllimlər və şagirdlər iştirak ediblər.
24.11.2023, Zərdab rayonu: Zərdabda isə “Məişət zorakılğının qarşısının alınması və onunla mübarizə” mövzusunda tədbir keçirilib. Tədbirə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, ictimaiyyətin nümayəndələri, eləcə də gənclər iştirak ediblər.
24.11.2023, Bakı şəhəri: General Məhəmməd Əsədov adına 29 saylı orta məktəbində keçirilən tədbirdə Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Rayon İH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Məhəmməd İbrahimov, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Nuru İmanov, müəllimlər və şagirdlər iştirak ediblər.
24.11.2023, Göygöl rayonu, Aşıqlı kənd C.Verdiyev adına tam orta məktəbində “Dini radikalizm və onun fəsadları” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbir DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Orxan Seyidov, Rayon İH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Babək Rəsulov, müəllimlərin və şagirdlərin iştirakı ilə keçirilib.
Çıxışlarda mövzular barədə fikirlər səsləndirilib. Ölkəmizdə dini radikalizm, zərərli vərdişlərə qarşı mübarizə, eləcə də milli-mənəvi və tolerant dəyərlərin təbliği istiqamətində həyata keçirilən tədbirlərdən bəhs olunub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu istiqamətdəki fəaliyyəti yüksək qiymətləndirilib.








