Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.05.2023 / Bölgə xəbərləri

Respublikamızda maarifləndirmə tədbirləri davam etdirilir

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Quba Rayon İcra Hakimiyyəti (RİH) və İkinci Nügədi kəndi “Molla Hud” məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Narkomaniyanın fiziki, mənəvi və sosial fəsadları” adlı seminar keçirilib. Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Elnur Ağasiyev, Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədov və “Molla Hud” məscidi dini icmasının sədri İlkin Qayıbov, ziyalılar, dini icma üzvləri, dindarlar və gənclər iştirak ediblər.

                                                               ***                                             ***                                           ***

İmişli rayonundakı peşə məktəbində “Yeniyetmələr və gənclər arasında təhlükəsiz reproduktiv sağlamlıq davranışlarının və sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması” mövzusunda baş tutan tədbirə isə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı  Bəhrəm Ədalət oğlu,  rayon Gənclər və İdman İdarəsinin rəis müavini Ramin Fərəcov,  müəllimlər  və şagirdlər qatılıblar.

                                                               ***                                                ***                                    ***

Lerik rayonunun Günəşli kənd tam orta məktəbində də maarifləndirmə tədbiri keçirilib. “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda baş tutan tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Səyyad Babakişiyev, Ağaəli Həsənov, Lerik RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Ramin Ağayev, müəllim və şagirdlər  iştirak ediblər.

                                                              ***                                           ***                                        ***

Tovuz rayonunda "Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusu müzakirə olunub. Qeyd olunan maarifləndirmə tədbirinə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, Tovuz RİH-nin əməkdaşı Akif Ələkbərov, Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov, müəllimlər və məktəbin yuxarı sinif şagirdləri qatılıblar.

                                                          ***                                          ***                                     ***

DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Seyfəli Umarov, Kürdəmir RİH-nin əməkdaşı Daşqın Rüstəmov və gənclərin iştirakı ilə Kürdəmir rayonunda isə “Məişət zorakılığı: yaranma səbəbləri və onunla mübarizə üsulları” mövzusunda maarifləndirici tədbir keçirilib.

                                                           ***                                         ***                                      ***

Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsi və Hərbi Polis bölməsinin  birgə təşkilatçılığı ilə Yevlax rayonunda "İntihar və özünə qəsd hadisələrinin qarşısının alınması” mövzusunda tədbir  keçirilib. Tədbirdə DQİDK-nın Yevlax  bölgəsi üzrə şöbəsinin əməkdaşı Valeh  Rəşidov, “Cümə” məscidinin imamı Eldəniz Əhmədov, Hərbi Polis bölməsinin şəxsi heyəti iştirak edib.

                                                       ***                                                  ***                                                  ***

Kürdəmir rayonunda "Narkomaniyaya qarşı mübarizədə dini xadimlərinin rolu", Ucar rayonunda "Sağlam gələcək üçün erkən nikaha yox deyək" və "Gənclərin vətənpərvərlik tərbiyəsində Heydər Əliyevin rolu" mövzularında maarifləndirici tədbirlər keçirilib. Qeyd olunan tədbirlərdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşları Seyfəli Umarov və Rauf Nəsirov, QMİ-nin bölgə qazısı Fizuli Cəfərov, din xadimləri, dini icma sədrləri, müəllimlər, şagirdlər, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

                                                     ***                                                   ***                                                   ***

Ağdaş rayonunda "Narkomaniya: fiziki, mənəvi və sosial fəsadları” mövzusunda baş tutan tədbirə isə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Asif Ədilov, Ağdaş RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Səbuhi Musayev, Rayon Polis Şöbəsinin rəis müavini Araz Namətov, din xadimləri, gənclər, eləcə də rayon peşə məktəbinin müəllimləri və tələbələri qatılıblar.

                                                   ***                                                     ***                                                     ***

Qax rayonunda da maarifləndirmə tədbiri baş tutub. Rayonun peşə liseyində “İnsan hüquqları: dini etiqad azadlığı” mövzusunda keçirilən tədbirə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Tərlan Nəzərov,  rayon Gənclər və İdarəsinin rəis müavini Elvin Həsilov, liseyin müəllim və şagirdləri iştirak ediblər.

                                                 ***                                                        ***                                                  *** 

Daha bir maarifləndirmə tədbiri "Zərərli vərdişlər və radikal düşüncələr məktəblilərin gözü ilə" mövzusunda DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Ucar RPŞ-nin rəisi Valik Vəlimətov, aidiyyatı qurumlarların əməkdaşları, müəllim və şagirdlərin iştirakı ilə Ucar rayonunun Şəhid Yaqub Məmmədov adına Ramal kənd orta məktəbində keçirilib. 

                                                ***                                                            ***                                                      ***

Göygöl rayonunun Hacıməlik qəsəbə 1 saylı tam orta məktəbində  “Uşaq və gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda baş tutan tədbirə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Orxan Seyidov, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Babək Rəsulov, müəllim və şagirdlər qatılıblar.

Keçirilən tədbirlərdə mövzuyla bağlı çıxış edən natiqlər dini radikalizm, zərərli vərdişlər və onların fəsadlarından danışıblar. Qeyd olunub ki, bu kimi zərərli vərdişlərə qarşı mübarizədə gənclərin elmə yiyələnməsi, milli-mənəvi dəyərlər ruhunda formalaşması mühüm əhəmiyyət kəsb edir.

Həmçinin iştirakçıları maraqlandıran suallar cavablandırılıb.