Respublikamızda “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirmə tədbirləri həyata keçirilir
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) bölgə şöbələri tərəfindən regionlarda “İnsan Hüquqları Aylığı” çərçivəsində silsilə maarifləndirmə tədbirləri həyata keçirilir.
Mayın 23-də Şəki rayonunun İnçə-Zunud kənd tam orta məktəbində “İnsan hüquqları: dini etiqad azadllığı” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Minarə Məmmədhüseynova, məktəbin müəllimləri və şagirdləri iştirak ediblər.
***
Mayın 23-də Yevlax rayonunda “Dini etiqad azadlığına hörmət hüquqi və mənəvi borcumuzdur” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın bölgə şöbəsinin əməkdaşı Valeh Rəşidov, mədəniyyət işçiləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
***
Mayın 23-də "İnsan hüquqları: dini etiqad azadlığı" mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Asif Ədilov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Səbuhi Musayev, ziyalılar və gənclər iştirak ediblər.
***
Mayın 23-də Mingəçevir Turizm Kollecində “Uşaqların humanizm ruhunda tərbiyəsinin mənəvi aspektləri” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov, kollecin direktor müavini Aynurə Abbasova, ziyalılar və tələbələr iştirak ediblər.
Çıxışlarda "İnsan Hüquqları Aylığı" çərçivəsində təşkil olunan tədbirlərin Azərbaycanda insan hüquqlarının təbliğində, eləcə də əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsində və onların problemlərinin həllində önəmli rol oynadığı qeyd edilib. Həmçinin insan hüquq və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk Konstitusiyamızın Ulu Öndərin Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunduğu, ölkəmizdə mövcud olan dinlərarası, məzhəblərarası sülh, əmin-amanlıq və qarşılıqlı hörmət çərçivəsində birgəyaşayış modelinin bütün dünyaya nümunə olduğu vurğulanıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.



