Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
31.03.2023 / Bölgə xəbərləri

Respublikamızda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilir

Bölgələrdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı silsilə tədbirlər keçirilir.
Yevlaxda baş tutan tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Valeh Rəşidov, Rayon Gənclər və İdman İdarəsi, eləcə də Gənclər Evi sosial xidmət müəssisəsinin əməkdaşları iştirak ediblər.
Göyçay şəhər "Mərkəz" məscidində keçirilən tədbirə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin müdiri İlham Qəribov, Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, eləcə də Göyçay, Ucar, Kürdəmir və Zərdab rayonlarında fəaliyyət göstərən dini icma sədrləri, din xadimləri, Saatlıda baş tutan tədbirə isə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Əmrah Əhmədov, “Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsinin əməkdaşı Anar Səfərxanlı, Rayon Mərkəziləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları, mədəniyyət işçiləri və gənclər qatılıblar.
Daha bir anım tədbiri Zaqatala şəhər N.Hüseynov adına 2 №-li tam orta məktəbində keçirilib. Qeyd olunan tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi İlqar Qədimov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Zaqatala rayon sektorunun məsləhətçisi Xamis İsmayılov, məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.

Balakən rayonu Qazbinə kənd tam orta məktəbində keçirilən anım tədbirində DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elməddin Atakişiyev, YAP Balakən rayon təşkilatı Gənclər Birliyinin sədri Nurlan Şibliyev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Hacı Muradov,  “Gənclər evi” sosial xidmət müəssisəsinin əməkdaşları, məktəbin müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər.

Ağstafa rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Pərvin Zeynalov, Ağstafa Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai siyasi və humanitar işlər üzrə şöbəsinin müdir müavini İsa Məmmədov, Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, müəllimlər və gənclər, Ağsu şəhər 4 saylı tam orta məktəbində baş tutan tədbirə isə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Tural Vahidov, Ağsu rayon Gənclər və İdman İdarəsinin rəis müavini Təhmasib Məhəmmədhüseyin,  məktəbin müəllim və şagirdləri qatılıblar.

Qax rayon Zərnə  kənd tam orta məktəbində keçirilən tədbirə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, Qax rayon Gənclərin Kariyera və İnkişaf Mərkəzinin direktoru Elmir Həşimli, məktəb müəllimləri və yuxarı sinif şagirdləri qatılıblar.

Bu mövzuya həsr olunmuş növbəti tədbir “Heydər Əliyev ili” çərçivəsində “ martın 31-də  DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsi, Ombudsmanın Cənub Regional Mərkəzi və Rəhim Tağıyev adına Masallı rayon Tarix-Diyarşünaslıq muzeyinin birgə təşkilatçılığı ilə Rəhim Tağıyev adına Masallı rayon Tarix-diyarşünaslıq muzeyində baş tutub. 

Oğuz rayonunda təşkil olunan dəyirmi masa isə  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin, Oğuz Rayon Gənclər və İdman idarəsinin, Oğuz Rayon Heydər Əliyev Mərkəzinin, Rayon Mədəniyyət Mərkəzinin və Təhsil sektorunun birgə təşəbbüsü ilə keçirilib. Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Samir Salehov, Oğuz Rayon Heydər Əliyev Mərkəzinin direktoru Mehriban Abbasova, Oğuz Rayon Gənclər və İdman idarəsinin rəis müavini Şaiq Rüstəmov, Oğuz Rayon Mədəniyyət Mərkəzinin direktoru Anar Hüseynov, Rayon Təhsil sektorunun əməkdaşı Günel Abdullayeva, həmçinin şəhid ailələri iştirak ediblər.

Anım mərasimlərində Soyqırımı qurbanlarının xatirəsi etiramla yad edilib. Çıxışlarda vurğulanıb ki, 1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər. Rəsmi mənbələrə əsasən, soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. Bildirilib ki, Ümummilli lider Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci tarixli fərmanda bu hadisələrə siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması ilk dəfə rəsmi surətdə bəyan edilib.