Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
25.12.2023 / Bölgə xəbərləri

Regionlarda və hərbi hissələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Regionlarda maarifləndirmə tədbirləri davam edir.

22.12.2023. İsmayıllı rayonu: İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirə İsmayıllı Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Nəsimi Teymurov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Aydın Səmədov,  ziyalılar, din xadimləri və tələbələr qatılıblar.

 

22.12.2023. Kürdəmir rayonu: "Dini fanatizm, radikalizm, ekstremizmin mahiyyəti və təhlükələri” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Seyfəli Umarov, Kürdəmir RİH-in əməkdaşı Daşqın Rüstəmov və kitabxana işçiləri iştirak ediblər.

 

22.12.2023. Qubadlı rayonu:  Qubadlı rayonunda yerləşən Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində “Dini radikalizm və ekstremizə qarşı səmərəli mübarizənin təşkili” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Bəhrəm Ədalətoğlu, Elvin İbrahimov, Qarallar kənd məscidinin imamı, Vətən müharibəsi iştirakçısı Səbuhi İbadov, zabitlər və əsgərlər iştirak ediblər.

 

25.12.2023. Beyləqan rayonu: Beyləqan rayonunda yerləşən Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində də maarifləndirici tədbir baş tutub. “Milli dövlətçiliyin qorunmasında milli-mənəvi dəyərlərin rolu” mövzusunun müzakirəsinə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Elvin İbrahimov, Bəhrəm Ədalətoğlu, Beyləqan rayonu Qarallar kənd dini icmasının sədri və Vətən müharibəsi iştirakçısı Səbuhi İbadov, zabitlər və əsgərlər qatılıblar.

 

Çıxışlarda dini radikalizmə və məişət zorakılığına qarşı həyata keçirilən mübarizə tədbirlərindən danışılıb. Bu istiqamətdə görülən işlərdən bəhs olunub. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.