Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
17.12.2025 / Bölgə xəbərləri

Regionlarda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş tədbirlər keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin regional bölmələri, rayon icra hakimiyyətləri və digər müvafiq qurumların birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş silsilə tədbirlər keçirilib.
Dekabrın 11-də İmişli rayonunda “Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət–din münasibətləri” mövzusunda tədbir keçirilib.
Dekabrın 11-də Quba Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyev: həmrəyliyimizin banisi” mövzusunda tədbir təşkil olunub.
Dekabrın 11-də Ağdam rayonunda “Heydər Əliyev: milli və mənəvi dəyərlər” mövzusunda maarifləndirici tədbir keçirilib.

Dekabrın 17-də Zaqatalada “Müasir Azərbaycanın qurucusu - Heydər Əliyev! ” mövzusunda tədbir keçirilib.

Dövlət Komitəsinin regional bölmələrinin məsul əməkdaşlarının, rayon icra hakimiyyətlərinin, təşkilatçı qurumların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutan tədbirlərdə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və inkişafı, eləcə də ölkəmizdə dövlət–din münasibətlərinin sağlam əsaslar üzərində qurulmasında göstərdiyi tarixi xidmətlərdən bəhs edilib. Qeyd olunub ki, Ümummilli Liderin müəyyənləşdirdiyi bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Tədbirlər iştirakçıların suallarının cavablandırılması və mövzu ətrafında müzakirələrlə yekunlaşıb.