Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
24.06.2025 / Bölgə xəbərləri

Regionlarda Silahlı Qüvvələr Günü münasibətilə tədbirlər keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) regional bölmələri və müvafiq qurumların birgə təşkilatçılığı ilə  respublikamızın bölgələrində 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə silsilə tədbirlər keçirilib.

Balakən rayonunda “Gənclərin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyəti” mövzusunda baş tutan tədbirdə  DQİDK-nın Zaqatala regional bölməsinin baş məsləhətçisi Elməddin Atakişiyev, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin əməkdaşı Nurlan Şibliyev, Vətən müharibəsi iştirakçıları və gənclər iştirak ediblər.

***

Daha bir tədbir Bərdə rayonunda keçirilib. Bərdə Tarix-Diyarşünaslıq Muzeyində “Zəfər zirvəsini fəth edən şanlı Ordu” mövzusunda keçirilən tədbirə  Dövlət Komitəsinin Yevlax regional bölməsinin əməkdaşı Valeh Rəşidov, Bərdə Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Kəmalə Rəfibəyli, veteranlar, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri qatılıblar.

***

Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə “Milli-mənəvi həmrəyliyin və dəyərlərimizin təşviqi” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşı Kamal Ələkbərov, Gəncə şəhər “İmamzadə Ziyarətgah” məscidinin imamı İlham Abbasov və şəxsi heyəti iştirak edib.

***

Daha bir tədbir Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissədə "Milli-mənəvi həmrəyliyin və dəyərlərimizin təşviqi" mövzusunda tədbir keçirilib. Tədbir DQİDK-nin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Bəhrəm Abbaslı, hərbi hissənin ideoloji iş üzrə bölmə rəisi Zamir İbrahimov, Beyləqan rayonu “Cərcis Peyğəmbər ziyarətgahı” məscidinin imam müavini Məhəmməd Sadıqov və şəxsi heyətin iştirakı ilə baş tutub.

***

Abşeron rayonunun Məmmədli kəndində “Gənclərin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyəti” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə  Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin əməkdaşları - Namiq Musayev, Azər Tağıyev, Əlizamin Şıxəliyev, Məmmədli kənd məscidinin imamı Bəşir Mənsurov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədə qazandığı tarixi Zəfərdən bəhs olunub. Vurğulanıb ki, 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olub. O da qeyd edilib ki, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması, ümumbəşəri və multikultural dəyərlərə hörmət aşılanması hər zaman prioritet olub.
Çıxışlardan sonra tədbir iştirakçıları arasında mövzu ətrafında müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.