Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
07.11.2023 / Bölgə xəbərləri

Regionlarda müxtəlif mövzulara həsr edilmiş tədbirlər keçirilib

Bölgələrdə müxtəlif mövzulara həsr edilmiş maarifləndirmə tədbirləri keçirilib.

 

Quba rayonu, 06.11.2023: İkinci Nügədi kəndində “Uşaqların təhsildən yayındırılmasına qarşı mübarizədə dini icmaların rolu” mövzusu müzakirə olunub. Tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin müdiri Ramin Xudayev, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Quba Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədov, din xadimləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutub.

***

Sabirabad rayonu, 07.11.2023: Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsi, Sabirabad Rayon İcra Hakimiyyəti və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Sabirabad rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə Milli və mənəvi həmrəyliyin Şuşa zirvəsi” mövzusunda tədbir keçirilib. Keçirilən  tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Cəfərsadiq Cəfərli, Sabirabad RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Əliabbas Həsənov, QMİ-nin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, dini icma sədrləri və din xadimləri iştirak ediblər.

***

Ağcabədi rayonu, 07.11.2023: rayon dindarlarının iştirakı ilə Zəfər Günü ilə bağlı  tədbir keçirilib, eyni zamanda “Şəhidlər xiyabanı” ziyarət olunub.

***

Qax rayonu, 07.11.2023: şəhər D.Əliyeva adına 1 saylı tam orta məktəbində “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərin rolu” mövzusu müzakirə edilib. Tədbirdə  Dövlət Komitəsinin  Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, DTX-nin Qax rayon şöbəsinin əməkdaşı Elbir Həsənov, Səməd Vurğun adına rayon Mədəniyyət Mərkəzinin müdiri Kəmalə Məcidova, müəllimlər və şagirdlər iştirak ediblər.

***

Balakən rayonu, 07.11.2023: Mikayıl Müşfiq adına Gərəkli kənd tam orta məktəbində isə “Zəfərə aparan yol: milli və dini həmrəylik”  mövzusunda tədbir keçirilib. Tədbir bölgə şöbəsinin məsləhətçisi Ruslan Əfəndiyev, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Balakən rayonu üzrə əməkdaşı Şahin Qarakişiyev, məktəb müəllimləri və şagirdlərin iştirakı ilə baş tutub.

Şəki rayonu, 07.11.2023: şəhər mərkəzi "Cümə" məscidində "Zəfər günü: milli-mənəvi həmrəyliyin Şuşa zirvəsi" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə din xadimləri və icma sədrləri iştirak ediblər. Bölgə şöbəsinin təşkilatçılığı ilə digər tədbir Qəbələ şəhər “Cümə” məscidində “Zəfərə aparan yol: milli və dini həmrəylik” mövzusunda təşkil edilib. Tədbirdə DQİDK-nın məsləhətçisi Samir Salehov, Qəbələdən olan din xadimləri və icma sədrləri iştirak ediblər.

Çıxışlarda mövzuların əhəmiyyətindən bəhs edilib. Milli-mənəvi dəyərlərimizin təbliği, eyni zamanda Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbədə xalqımızın milli-mənəvi dəyərlərinin rolu xüsusi olaraq vurğulanıb. Sonda iştirakçıların sualları cavablandırılıb.