Regionlarda maarifləndirmə tədbirləri keçirilib
Gəncə şəhəri:
Dekabrın 11-də Gəncə Dövlət Aqrar Kollecində “Əxlaqi dəyərlərin gənclərin sağlam həyat tərzinə verdiyi töhfə” mövzusunda tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə-Daşkəsən regional bölməsinin baş məsləhətçisi Samirə Məmmədova, qadın dini ayinlərin icraçısı Nabat Xasməmmədli, müəllim və tələbələr iştirak ediblər.
Mingəçevir şəhəri:
Dekabrın 17-də “Cəmiyyətin korrupsiyaya qarşı məsuliyyəti və dini dəyərlərin rolu” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin (DQİDK) regional bölməsinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qusar rayonu:
Dekabrın 17-də “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərin rolu” mövzusu müzakirə olunub. Tədbirə DQİDK Quba-Xaçmaz regional bölməsi və Rayon İcra Hakimiyyətinin əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri qatılıblar.
Salyan rayonu:
Dekabrın 17-də Salyanda “Dini müxtəliflik və suverenlik” mövzusunda maarifləndirici tədbir baş tutub. Tədbirə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinin əməkdaşları, müəllimlər və məktəblilər qatılıblar.
Zərdab rayonu:
Dekabrın 17-də “Radikal ideologiyaların qarşısının alınmasında maarifləndirmənin rolu” mövzusunda tədbir keçirilib. Tədbirə DQİDK-nın Göyçay regional bölməsi, Zərdab Peşə Liseyinin əməkdaşları və gənclər qatılıblar.
Bakı şəhəri:
Dekabrın 17-də Suraxanı Rayonu Gənclər Evində “Radikal dini cərəyanların gənclərə təsiri: necə qorumalı?” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Bakı regional bölməsinin müdiri Anar Kazımov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevinc Ağayeva, Suraxanı Gənclər evinin direktoru Cəbi Quliyev, Dövlət Komitəsinin Bakı regional bölməsinin əməkdaşları Aqil Əlisoy, Cahangir Məmmədov, Fatimeyi-Zəhra məscidinin imam müavini Fərid Qasımzadə, müəllim və şagirdlər iştirak ediblər.
Yevlax şəhəri:
Dekabrın 18-də Yevlax şəhəri 3 nömrəli tam orta məktəbdə “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusunda tədbir keçirilib. Tədbirə Dövlət Komitəsinin regional bölməsinin əməkdaşları, müəllimlər və məktəblilər qatılıblar.
Qax rayonu:
Dekabrın 18-də “Ailə planlaması: dini baxış və sosial təsirlər” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK Zaqatala regional bölməsinin, Rayon İcra Hakimiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.
Zaqatala rayonu:
Dekabrın 18-də Car kənd 1 nömrəli tam orta məktəbində “Milli dəyərlər və müasir ailə modeli: tarixdən günümüzə” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın regional bölməsinin müdiri İlqar Vəliyev, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Yardımlı rayonu:
Dekabr ayının 19-da Yardımlı şəhər V.M.Nəciyev adına 4 saylı tam orta məktəbində “Radikal dini cərəyanların gənclərə təsiri” mövzusunda tədbir keçirilib. Tədbirə Dövlət Komitəsinin regional bölməsinin əməkdaşları, müəllimlər və məktəblilər qatılıblar.
Goranboy rayonu:
Dekabrın 24-də Goranboyda "Din xadimlərinin korrupsiya ilə mübarizədə və maarifləndirmədə rolu" mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşı Kamal Ələkbərov, rayon İH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Kürdoğlu Abbasov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektorunun aparıcı məsləhətçi Vüqar Xəlilov, Gənclər evinin direktoru Elçin Əliyev, din xadimləri və gənclər iştirak ediblər.
Çıxışlarda mövzuların əhəmiyyətindən danışılıb. Maarifləndirmə tədbirlərinin zəruriyyəti diqqətə çatdırılıb. Eyni zamanda din xadimlərin və təhsil işçilərinin gənclərin tərbiyəsindəki rolundan bəhs olunub. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.








