Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
07.06.2024 / Bölgə xəbərləri

Regionlarda maarifləndirmə tədbirləri keçirilib

Regionlarda maarifləndirmə tədbirləri keçirilib.

İyunun 6-da Ağsu şəhəri 4 saylı tam orta məktəbdə “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin yeri” mövzusunda marifləndirmə tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Tural Vahidov, müvafiq qurumların əməkdaşları, müəllimlər və şagirdlər iştirak ediblər.

***

İyunun 6-da Qax rayon Qaxbaş kənd 2 nömrəli tam orta məktəbində “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə təhdid kimi” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Tərlan Nəzərov, müvafiq qurumların əməkdaşları, müəllimlər və şagirdlər iştirak ediblər.

***

İyunun 6-da Oğuz rayonunun Bucaq kənd tam orta məktəbində "Erkən nikah və məişət zorakılığına qarşı mübarizə" mövzusunda tədbir keçirilib. Tədbirə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Samir Salehov, müəllimlər və məktəblilər qatılıblar.

***

İyunun 6-da Siyəzən rayonunun Zarat kənd tam orta məktəbində "İnsan Hüquqları Aylığı" çərçivəsində “Dini etiqad azadlığına hörmət hüquqi və mənəvi borcumuzdur” mövzusu müzakirə olunub. Tədbir Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Gündüz Səmədli, müəllimlər və şagirdlərin iştirakı ilə baş tutub.

 

Çıxışlarda mövzuların aktuallığından bəhs edilib. Dini maarifləndirmə sahəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti yüksək qiymətləndirilib. Sonda iştirakçıların sualları cavablandırılıb.