Regionlarda maarifləndirmə tədbirləri keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) bölgə şöbələrinin təşkilatçılığı ilə regionlarda maarifləndirmə tədbirləri keçirilib.
İyunun 3-də Şəki Tibb Kollecində "Dini radikalizm, fanatizm və ekstremizm" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Minarə Məmmədhüseynova, müəllimlər və tələbələr iştirak ediblər.
***
İyunun 4-də Saatlı rayonunda “Qızların təhsil almasının önəmi: dini qaynaqlar nə deyir?” mövzusunda tədbir keçirilib. Keçirilən tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, gənclər iştirak ediblər.
***
İyunun 4-də Zaqatala şəhəri N.Hüseynov adına 2 nömrəli tam orta məktəbində “Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsiri” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, müvafiq qurumların nümayəndələri, məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
***
İyunun 4-də Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissədə "Dini radikalizmlə mübarizə" mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Şahmar Verdiyev, din xadimi Əsəd Seyidov və hərbi hissənin şəxsi heyəti iştirak ediblər.
***
İyunun 4-də Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində "Dini radikalizmlə mübarizə" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Əzim Rəfiyev, müvafiq qurumların nümayəndələri, müəllim və tələbələr iştirak ediblər.
Çıxışlarda dini radikalizm, fanatizm və ekstremizmin fəsadlarından ətraflı danışılıb. Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsirindən bəhs olunub. Eyni zamanda İslam dininin təhsilə verdiyi önəm qeyd edilib.
Tədbirlər müzakirələrlə davam edib.



