Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
22.05.2024 / Bölgə xəbərləri

Regionlarda maarifləndirmə tədbirləri keçirilib

Regionlarda maarifləndirmə tədbirləri davam etdirilir.

Mayın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Qəbələ rayonunun Vəndam qəsəbəsi 2 saylı tam orta məktəbində "Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər" mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərvin İsmayılov, müəllimlər və şagirdlər iştirak ediblər. 

***

Mayın 22-də Ucar rayonunda "Gənclərin dini radikalizm və zərərli vərdişlərdən qorunması" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, ictimaiyyət nümayəndələri və gənclər qatılıblar.

***

Mayın 22-də Tovuz şəhər Elxan Məmmədov adına tam orta məktəbində "Uşaqların mənəvi dəyərlərə hörmət ruhunda tərbiyəsi" mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Pərvin Zeynalov, müəllimlər və şagirdlər iştirak ediblər.

***

Mayın 22-də Qazax rayon Aşağı Əskipara kənd tam orta məktəbində "Dini radikalizm zərərli vərdişlər, erkən nikah və onların fəsadları" mövzusunda baş tutan tədbirə Dövlət Komitəsinin bölgə şöbəsinin əməkdaşı Eşqin Allahverənov, müəllimlər və şagirdlər qatılıblar.

***

Mayın 22-də Gəncə şəhər Mikayıl Müşfiq adına 14 saylı tam orta məktəbində “Qızların təhsil almasının önəmi: dini qaynaqlar nə deyir?” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Samirə Məmmədova, qadın dini ayinlərin icraçısı Nabat Xasməmmədli, məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Çıxışlarda mövzularla bağlı müzakirələr aparılıb. Maarifləndirmə tədbirlərinin önəminə toxunulub. İştirakçıları maraqlandıran suallar cavablandırılıb.