Regionlarda maarifləndirmə tədbirləri davam edir
Respublikamızın regionlarında maarifləndirmə tədbirləri davam edir.
Oğuz rayonu, 04.11.2023: şəhər Həbib Babayev adına 1 nömrəli tam orta məktəbində “Uşaq hüquqlarının qorunmasında hüquqi və mənəvi öhdəliklərimiz” mövzusunda tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsinin məsləhətçisi Samir Salehov, Oğuz Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Nicat Kərimov, Rayon Polis Şöbəsi, Təhsil sektorunun əməkdaşları, həmçinin məktəblilər iştirak ediblər.
***
Zaqatala rayonu, 04.11.2023: Vətən Müharibəsi Qəhrəmanı İsmayıl Səmədov adına Zaqatala şəhər 5 nömrəli tam orta məktəbində “Narkomaniyanın fiziki, mənəvi və sosial fəsadları” mövzusu müzakirə olunub. Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Ramin Həsənov, Polis Şöbəsinin əməkdaşları, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda maarifləndirmə tədbirlərinin əhəmiyyəti diqqətə çatdırılıb. Bu cür tədbirlərin mütəmadi keçirilməsinin zəruriliyi bildirilib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

