Regionlarda maarifləndirici tədbirlər təşkil olunub
İyulun 2-də Zaqatala rayonunda “Birlikdə yaşamaq mədəniyyəti: tolerant və multikultural dəyərlər” mövzusunda tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki-Zaqatala regional bölməsinin məsləhətçisi Ruslan Əfəndiyev, Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının əməkdaşı Murad Məmmədzadə, Regional Mədəniyyət İdarəsinin əməkdaşı Fizzə Yekəyeva, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
İyulun 2-də Saatlı rayonunda “Korrupsiya ilə mübarizədə dini icmaların rolu” mövzusunda tədbir təşkil olunub. Tədbirdə Dövlət Komitəsinin Mil-Muğan regional bölməsinin əməkdaşı Elvin İbrahimov, rayon Mədəniyyət Mərkəzinin direktoru Bəylər Əliyev və mədəniyyət işçiləri iştirak ediblər.
İyulun 7-də Oğuz rayonunda “Dini fanatizmin və radikalizmin cəmiyyətə, ailəyə və gənclərə təsiri” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Şəki-Zaqatala regional bölməsinin məsləhətçisi Samir Salehov, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun məsləhətçisi Əhməd Ağababayev, rayon Gənclər və İdman Sektorunun aparıcı məsləhətçisi Elvin Qarayev, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
İyulun 6-da Abşeron rayonunda “Gənclərin sosial mediada təhlükəsizliyi: dini radikalizmə qarşı təbliğat” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin baş məsləhətçisi Namiq Musayev, Regional Gənclər və İdman İdarəsinin əməkdaşı Emil Quliyev, Rayon Polis İdarəsinin əməkdaşı Xəyalə Əsgərova və gənclər iştirak ediblər.
İyulun 7-də Quba rayonunda "Korrupsiyaya qarşı mübarizədə dini icmaların rolu" mövzusunda maarifləndirici tədbir təşkil olunub. Tədbirdə İnsan Hüquqları üzrə Müvəkkilin Şimal Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Anar Məmmədov, regional ASAN xidmət mərkəzində Ədliyyə Nazirliyinin şöbəsinin rəisi Həmid Məmmədov, Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin baş məsləhətçisi Mehman Məmmədov və din xadimləri iştirak ediblər.
Çıxışlarda cəmiyyətdə tolerantlıq və multikultural dəyərlərin qorunmasının vacibliyindən, eləcə də korrupsiyaya qarşı mübarizədə dini icmaların rolundan danışılıb. Bildirilib ki, sağlam dini mühitin formalaşdırılması, milli-mənəvi dəyərlərin təbliği, gənclərin zərərli ideologiyalardan qorunması və hüquqi maarifləndirmə istiqamətində həyata keçirilən tədbirlər cəmiyyətin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Tədbirlər iştirakçıların suallarının cavablandırılması və mövzular ətrafında fikir mübadiləsinin aparılması ilə başa çatıb.






