Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
21.05.2024 / Bölgə xəbərləri

Regionlarda “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirmə tədbirləri keçirilib

Regionlarda “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirmə tədbirləri keçirilib.

Mayın 20-də Saatlı rayonunda "Azərbaycanda dini etiqad azadlığı yüksək səviyyədə qorunur” mövzusunda maarifləndirici tədbir keçirilib. Keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, gənclər və mədəniyyət işçiləri iştirak ediblər.

***

Mayın 21-də Ucar rayonu Pirkənd tam orta məktəbində  “Azərbaycanda mövcud olan dini etiqad azadlığı” mövzusunda tədbir keçirilib. Tədbir DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, təşkilatçı qurumların nümayəndələri, müəllim və şagirdlərin iştirakı ilə baş tutub.

***

Mayın 21-də Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecində “Dini etiqad azadlığına hörmət hüquqi və mənəvi borcumuzdur” mövzusunda keçirilən tədbirə DQİDK-nın bölgə şöbəsinin müdiri İlqar Vəliyev, müəllimlər və tələbələr qatılıblar.

***

Mayın 21-də Sumqayıt şəhər 9 saylı tam orta məktəbində "İnsan hüquqları: Dini etiqad azadlığı” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın bölgə şöbəsinin ənəkdaşı Xalid Paşayev, məktəbin direktoru Tərlanə Nağıyeva, şəhər Polis İdarəsinin əməkdaşı Asudə Əliyeva, müəllimlər və məktəblilər iştirak ediblər.

***

Mayın 21-də Quba rayonunda “İnsan hüquqları: Dini etiqad azadlığı” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın bölgə şöbəsinin müdiri Ramin Xudayev, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Anar Məmmədov, müvafiq qurumların əməkdaşları, dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Çıxışlarda qeyd olunub ki, ölkəmizdə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində multikulturalizm Azərbaycanın dövlət siyasətinə və həyat tərzinə çevrilib. Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyev daim azsaylı xalqlara həssaslıqla yanaşır, onların problemlərinin həlli üçün bütün lazımi tədbirləri həyata keçirir. Ulu Öndərin əsasını qoyduğu azərbaycançılıq ideologiyası milli həyatın ahəngdarlığının, konfessiyaların dinc yanaşı yaşamasının, bütün etnosların qardaşcasına qarşılıqlı əlaqəsi və təsirinin çoxəsrlik ənənəsi, onların ümumi taleyi və gələcək müstəqil Azərbaycanın bütövlüyü, inkişafı və firavanlığı uğrunda birgə mübarizəsinin ümumi tarixi təcrübəsidir. 

Tədbirlər müzakirələrlə davam edib.