Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
10.10.2023 / Bölgə xəbərləri

Regionlarda dini maarifləndirmə tədbirləri davam etdirilir

Respublikamızın regionlarında dini maarifləndirmə tədbirləri davam etdirilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Lənkəran rayonu Nərimanabad qəsəbə və Boladi kənd məscidlərində “Zəfərə aparan yol: milli və dini həmrəylik” mövzusunda keçirilən tədbirlərdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Səyyad Babakişiyev, məscidlərin imamları, şəhid ailələrinin üzvləri, dini icma üzvləri, eləcə də ictimaiyyyət nümayəndələri iştirak ediblər.

Daha bir tədbir isə Samux rayonu Zazalı kənd tam orta məktəbində, “Radikal dini cərəyanlarla mübarizədə maarifləndirmə tədbirlərinin əhəmiyyəti” mövzusunda baş tutub. Tədbirə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Rövşən Hacıyev, Rayon Polis Şöbəsinin məsul əməkdaşı Arzu Məmmədov, müəllimlər və şagirdlər qatılıblar.

Çıxışlarda Azərbaycandakı milli və dini həmrəylikdən bəhs olunub. Eyni zamanda dini radikalizmlə mübarizə istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlərdən bəhs olunub.