Regionlarda din xadimləri, müəllimlər və şagirdlərin iştirakı ilə maarifləndirmə tədbirləri davam edir
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) bölgə şöbələrinin digər müvafiq qurumlarla birgə həyata keçirdiyi maarifləndirmə tədbirləri davam edir.
29.11.2023, Ağcabədi rayonu: Qaradolaq kənd H.Məmmədov adına 1 saylı tam orta məktəbində "Dini radikalizm və zərərli vərdişlərə qarşı mübarizə” mövzusunda tədbir keçirilib. Tədbirdə Rayon Polis Şöbəsinin rəis müavini Vüsal Mirzəzadə, Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Məlikzadə, rayon İcra Hakimiyyəti (İH) və digər qurumların nümayəndələri, müəllimlər və şagirdlər iştirak ediblər.
30.11.2023, Gəncə şəhəri: Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbində “Radikal və ekstremist təmayüllü dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” mövzusu müzakirə olunub. Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdir müavinləri Elmar Fətəliyev, Faiq Əsgərov, müəllimlər və məktəblilər iştirak ediblər.
30.11.2023, Ucar rayonu: Qaradağlı kənd məscidində "İslam həmrəyliyi və məzhəbayrıseçkilyinin təhlükəsi" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbir DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin müdiri İlham Qəribov, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutub.
30.11.2013, Kürdəmir rayonu: Daha bir maarifləndirmə tədbiri Kürdəmir Peşə Liseyində keçirilib. Tədbirə bölgə şöbəsinin əməkdaşı Seyfəli Umarov, Kürdəmir Rayon İH-nin əməkdaşı Daşqın Rüstəmov, müəllimlər və tələbələr qatılıblar.
30.11.2023, Qax rayonu: şəhər N.Allahverdiyev adına 2 №-li tam orta məktəbində “Dini fanatizm, radikalizm, ekstremizmin mahiyyəti və təhlükələri” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, ictimaiyyət nümayəndələri, müəllimlər və şagirdlər iştirak ediblər.
30.11.2023, Tərtər rayonu: Sarıcalı kənd tam orta məktəbində “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq” mövzusu müzakirə edilib. Tədbirə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov, Rayon İH başçısı Aparatının əməkdaşı Rəvan Həsənov, Polis Şöbəsinin əməkdaşı Fərman Haqverdiyev, müəllimlər və şagirdlər qatılıblar.
Çıxışlarda ölkəmizdəki milli və dini həmrəylikdən bəhs olunub. Eyni zamanda dini radikalizm və ekstremizmin mahiyyətindən, törədə biləcəyi fəsadlardan danışılıb. Maarifləndirmə tədbirlərinin əhəmiyyəti vurğulanıb. Tədbirlər müzakirələrlə yekunlaşıb.







