Regionlarda “Aprel döyüşləri: Şanlı zəfərə aparan yol” mövzusunda tədbirlər keçirilib
Bölgələrdə “Aprel döyüşləri: Şanlı zəfərə aparan yol” mövzusunda tədbirlər keçirilib.
Zaqatala şəhər Z. Murtuzəliyev adına 1 №-li tam orta məktəbində baş tutan tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) bölgə şöbəsinin müdiri İlqar Vəliyev, şəhid ailələrinin üzvləri, məktəbin müəllimləri və şagirdləri iştirak ediblər.
***
Xaçmaz şəhər "Təzə şəhər" məscidində keçirilən tədbirə isə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Elnur Ağasıyev, din xadimləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri qatılıblar.
***
İsmayıllı rayonunda keçirilən tədbirdə İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Nəsimi Teymurov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Aydın Səmədov, Qafqaz Müsəlmanları İdarəsinin İsmayıllı rayonu üzrə səlahiyyətli nümayəndələri Qaya Xalıqov və Vasif Teymurov, eləcə də din xadimləri iştirak ediblər.
***
Yevlax şəhərində baş tutan tədbir DQİDK-nın bölgə şöbəsinin əməkdaşı Valeh Rəşidov, rayon Ağsaqqallar Şurasının sədri Sərdar Məmmədov, ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutub.
***
Mingəçevir şəhər 16 saylı tam orta məktəbində keçirilən tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov, Mingəçevir Dövlət Universitetinin tələbələri, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.
***
Cəlilabad şəhər 9 saylı tam orta məktəbində keçirilən tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları Cavidan Rəşidov, Həsən Hümbətov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayon təhsil sektorunun əməkdaşı Tacəddin Əli, Lənkəran-Astara Regional Gənclər və İdman idarəsinin Cəlilabad rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı Salamat Nəcəfov, məktəbin direktoru Rauf Məlikov, müəllim və şagirdlər iştirak ediblər.
***
Şəmkir rayonunda yerləşən N saylı hərbi hissədə “Aprel döyüşləri: Şanlı Zəfərə aparan yol” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Vüqar Əliyev, Şəmkir şəhər “Cümə” məscidinin imamı Elmar Rzayev, hərbi hissənin şəxsi heyəti iştirak edib.
***
Lənkəranda “Aprel döyüşləri: Şanlı Zəfərə aparan yol” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları, QMİ-nin Lənkəran bölgəsi üzrə qazısı Qəni Axunzadə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Lənkəran rayon şöbəsinin sədr müavini Saleh Dostiyev, müharibə veteranları, qazilər, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Tədbirlərdə çıxış edənlər qeyd ediblər ki, 2016-cı ilin Aprel döyüşləri Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirib. Vurğulanıb ki, Aprel döyüşləri, eləcə də Vətən müharibəsi dövlətin və ordunun gücünü, xalqın birliyini, həmrəyliyini və vətənpərvərliyini bütün dünyaya sübut etdi.





