Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
25.06.2025 / Bölgə xəbərləri

Rayonlarda Məhərrəmlik mərasimləri ilə bağlı tədbirlər keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) regional bölmələri, icra hakimiyyətləri (İH) və QMİ-nin səlahiyyətli nümayəndəliklərinin birgə təşkilatçılığı ilə Məhərrəmlik mərasimləri ilə bağlı rayonlarda tədbirlər keçirilib.

İyunun 24-də  Kürdəmir rayonunda “Məhərrəmlik mərasimləri: mədəniyyət, din və hüquq perspektivindən” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Göyçay regional bölməsinin müdiri vəzifəsini icra edən Əzim Rəfiyev, Kürdəmir RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Daşqın Rüstəmov, QMİ-nin qazısı, Fizuli Cəfərov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.

***

Daha bir analoji tədbir iyunun 25-də Ağdaş rayonunda keçirilib. Tədbirə DQİDK-nın Yevlax regional bölməsinin müdiri Natiq Əfəndiyev və Ağdaş RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Səbuhi Musayev, Rayon Polis Şöbəsinin əməkdaşı Seymur Paşayev, QMİ-nin bölgə üzrə qazısı Əli Məmmədov, icma sədrləri və din xadimləri qatılıblar.

***

İyunun 25-də Sabirabad rayonunda “Aşura mərasimləri: hüquq və ənənələr müstəvisində” mövzusu müzakirə olunub. Tədbir DQİDK-nın Mil-Muğan regional bölməsinin müdiri vəzifəsini icra edən Cavanşir Bəhrəmov, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Rayon Polis Şöbəsinin rəis müavini Emin Şirinov, QMİ-nin səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, Regional Təhsil İdarəsinin sektor müdiri Mircamal Həşimov, din xadimləri və dini icma sədrlərinin iştirakı ilə baş tutub. 

***

İyunun 25-də Şəmkir rayonunda “Məhərrəmlik mərasimləri: mədəniyyət, din və hüquq perspektivindən” mövzusunda tədbir keçirilib. Keçirilən tədbirdə DQİDK-nın Qazax-Tovuz regional bölməsinin müdiri vəzifəsini icra edən Pərvin Zeynalov, Şəmkir RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ruhid Hacıyev, QMİ-nin bölgə qazısı İlham Süleymanov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.

***

İyunun 25-də Lerik rayonunda “Məhərrəmlik mərasimləri: mədəniyyət, din və hüquq perspektivindən” mövzusu müzakirə olunub. Tədbirdə DQİDK-nın Lənkəran regional bölməsinin əməkdaşları Vüqar Şahbazov, Səyyad Babakişiyev, Lerik RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları Hüseyn Hüseynov, Ramin Ağayev, dini icma sədrləri, din xadimləri iştirak ediblər.

***

Daha bir analoji tədbir iyunun 25-də Quba rayonunda  “Məhərrəmlik mərasimləri: mədəniyyət, din və hüquq perspektivindən” mövzusunda keçirilib. Tədbirdə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin müdir müavini Elnur Ağasiyev, Quba Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədov, QMİ-nin qazısı Naib Səttarov, din xadimləri, ictimaiyyət nümayəndələri, dindarlar iştirak ediblər.

***

İyunun 25-də Şəki şəhəri mərkəzi “Cümə” məscidində Dövlət Komitəsinin Şəki regional bölməsinin təşkilatçılığı ilə “Məhərrəmlik: keçmişdən günümüzə” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Şəki regional bölməsinin aparıcı məsləhətçisi Saleh Məmmədov, İcra Hakimiyyətinin nümayəndəsi Sadiq Yusifov, din xadimləri və icma sədrləri iştirak ediblər.

Çıxışlarda Məhərrəmlik ayının tarixi, dini və mənəvi əhəmiyyəti barədə məlumatlar verilib. Diqqətə çatdırılıb ki, ölkəmizdə məscidlərin, dini ibadət yerlərinin və ziyarətgahların bərpası və yenidən qurulması istiqamətində mühüm addımlar atılır. Bu gün dünyada Azərbaycanın dövlət-münasibətləri təqdir olunur, nümunəvi model kimi təqdim olunur. O da bildirilib ki, Azərbaycanda dini mərasimlər, o cümlədən Məhərrəmlik mərasimləri yüksək səviyyədə qeyd olunur.