Ramazan ayının gəlişi ilə əlaqədar şimal bölgəsinin din xadimləri ilə görüş keçirilib
Martın 9-da Ramazan ayının gəlişi ilə əlaqədar Qubada bölgənin din xadimləri il görüş keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bölgə şöbəsinin müdiri Ramin Xudayev, Qafqaz Müsəlmanları İdarəsinin qazısı Naib Səttarov, Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarının din xadimləri iştirakı ediblər.
Çıxışlarda qeyd edilib ki, din xadimləri Ramazan ayında milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində, eləcə də dini radikalizm, ekstremizm, məzhəbçilik və xurafat meyilləri ilə mübarizədə daha fəal olmalıdırlar. Eyni zamanda Ramazan ayının gəlişi ilə əlaqədar qarşıda duran vəzifələr müzakirə olunub, din xadimlərinin fikirləri dinlənilib.


