Ramazan ayının başlaması münasibətilə din xadimləri ilə görüş keçirilib
Martın 8-də Yardımlı, martın 9-da Masallı, martın 11-də Sabirabad rayonlarında Ramazan ayının başlaması münasibətilə din xadimləri ilə görüş keçirilib.
Tədbirlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bölgə şöbəsinin müdiri Elvin Hüseynli, şöbənin əməkdaşları, DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Cəfərsadiq Cəfərli, Yardımlı Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Azər Xamıyev, Masallı RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Abbas Abbaszadə, Sabirabad RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Əliabbas Həsənov, Qafqaz Müsəlmanları İdarəsinin qazısı Rəşid Talıbov, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Çıxışlar zamanı QMİ-nin Qazılar Şurasının Ramazan ayı ilə bağlı fətvasına və qanunvericiliyin tələblərinə əməl edilməsinin vacibliyi vurğulanıb. Eyni zamanda Azərbaycanda Ramazan ayının xüsusi şəkildə qeyd edildiyi vurğulanaraq, DQİDK-nın bu istiqamətdə həyata keçirəcəyi tədbirlərdən danışılıb.




